Ölkədə yeni siyasi partiya yaradıldı –

BƏYANAT
16 İyul 2020 - 21:36

 Ölkədə Azərbaycan Yüksəliş Partiyası adlı yeni siyasi partiya yaradılıb.

Azpost.info bildirir ki, yeni qurumun Təşəbbüs Qrupu bununla bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir.

Dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur. Yeni siyasi qurum platformasında milliyyətçilik, parlamentli respublika idarəçiliyi, sosial ədalət, sosial mühafizakarlıq – dini, mədəni, etnik irsin qorunması, Sekulyarizm və  tarixi torpaqların geri qaytarılmasını ifadə edən irredentizm prinsiplərini rəhbər tutacaq.

Bəyanatı Təşəbbüs Qrupu adından  Anar Əsədli, Bəhrəm İsmayılov və Aygün Muradxanlı imzalayıb.