“Ölkədən qaçmamışam, evdə oturmuşam” –Ona cadu edildiyini deyən rektor danışdı

“Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır, hal hazırda evdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.

Qəyd edək ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva sabiq rektoru Nurlana Əliyevanı ittiham edib. O, bildirib ki, bu cinayətləri tək başına törətməyib və onunla bərabər Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır.

Bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə gedmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Bu gün isə məhkəmədə bildirilib ki, Nurlana Əliyeva ölkədən çıxıb, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.

Nurlana Əliyeva bu iddiaları təkziq edib: “Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.

Əvvəlki məqalə

Suya salavat çevirmədiyi üçün arvadını döydü, 3 il həbsə getdi –

Sonrakı məqalə

“Zelenski, sizinlə görüşmək üçün Kiyevə gəlməkdən şərəf duyuram”