Ölkədaxili təyyarə biletləri üçün yeni tariflər müəyyən edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar verib.

Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilib.

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)

 

İstiqamətlər Tariflər (ƏDV daxil, manatla)Ə
1. Bakı-Naxçıvan / Naxçıvan-Bakı 70.00 ₼
2. Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan 60.00 ₼
3. Bakı-Gəncə / Gəncə-Bakı 84.00 ₼
4. Bakı-Qəbələ / Qəbələ-Bakı 65.00 ₼
5. Bakı-Füzuli /Füzuli-Bakı 78.00 ₼
6. Bakı-Zəngilan / Zəngilan-Bakı 83.00 ₼
7. Bakı-Lənkəran / Lənkəran-Bakı 65.00 ₼
8. Bakı-Zaqatala / Zaqatala-Bakı 84.00 ₼
Əvvəlki məqalə

Buraxılış tarixi 15 il keçən avtomobillər taksi işləyə bilməz –

Sonrakı məqalə

Şəhərətrafı marşrut avtobuslarında yeni qiymətlər müyyən olunub