“Heyvan yemi kimi istifadə olunan yağları açıq şəkildə Azərbaycana gətiriblər. Onu təkrar emal edirlər, süzürlər və əhaliyə verirlər. Xərçəng xəstəliyini, onkoloji xəstəliyi yayan da budur”.
Azpost.info bildirir ki, bu iddia ilə Ümid partiyasının sədri İqbal Ağazadə “Babat debat” proqramında bildirib.
“Bu gün Azərbaycanda marketlərdə üst-üstə nə qədər desəniz, günəbaxan, qarğıdalı yağları yığıldığını görərsiniz. Bu qiymətə necə ölkəmizə gəlir? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoxlasın. Sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan yemi kimi istifadə olunan yağları açıq şəkildə Azərbaycana gətiriblər, təkrar emal edirlər, süzürlər və əhaliyə verirlər. Dəhşətli faciədir”-deyə İ. Ağazadə vurğulayıb.
Sabiq deputat həmçinin kərə yağlarının tərkibinin də müəammlı olduğunu iddia edib: “Bu gün xərçəng xəstəliyini yayan həm də tərkibi bəlli olmayan bu yağlardır”.
Azpost.info