Ölkədə ötən gün COVİD-ə yoluxanların və sağalanların sayı açıqlandı –OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1109 yeni yoluxma faktı qeydə alınıb 1946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573034 nəfər müalicə olunaraq sağalıb, 8055 nəfər vəfat edib, aktiv xəstə sayı 21048 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10532, ötən müddət ərzində isə ümumilikdə 5655385 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazarbayev Azərbaycanın Avrasiya Birliyinə dəvət olunmasını təklif edib

Sonrakı məqalə

Rusiyalılar qışda səyahət üçün Azərbaycanı seçirlər