Ölkədə özəl mühafizə xidməti yaratmaq üçün icazə neçə manata verilir? 

Azərbaycanda özəl mühafizə fəaliyyətinə lisenziya verilməsini Daxili İşlər Nazirliyi həyata keçirir.

Azpost.info bildirir ki, icazənin verilməsinə görə ödənişin məbləği 1500 manatdır.

İcazə 10 iş günü ərzində verilir. İcazə müddətsizdir. Lisenziya almaq üçün ərizə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gömrükdən keçirilən malların hansı ölkələrə mənsub olması araşdırılıb

Sonrakı məqalə

Gecə cəbhə xəttində 22 dəfə güllə açılıb –