Ölkədə səkkiz ayda 60 min adam özünə iş tapıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin 8 ayında ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çox olmaqla 60,5 minədək şəxsi işlə təmin edib.

Nazirlikdən bildirilib ki, yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60475 nəfər münasib işlə təmin olunub.

Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur.

İcra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində bu ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.

Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları da təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə xidmətdən peşəyönümü məsləhətlər verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlyas İsmayılovdan hiddətli açıqlama:

Sonrakı məqalə

İsrail Ağ Ev yaxınlığında izləyici cihazlar yerləşdirdiyini inkar edib