Ölkədə çirkli havanın əsas səbəbkarı avtomobillərdir

2024-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2023-cü illə müqayisədə 2,2 min ton azalaraq ümumilikdə 963,0 min ton təşkil edib. Onun da 88,0 faizi və ya 847,2­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşb.

AzPost bildirir ki, bu barədə Statistika Komitəsinin məlumatında deyilir.

Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 3,2 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 19,8 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli  tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 14,4 min ton, Sumqayıt şəhərində 0,3 min ton, Mingəçevir şəhərində isə 0,2 min ton azalıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 74,4 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 11,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 62,1 faizini karbon oksidi, 19,8 faizini karbohidrogenlər, 14,2 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.