Ombudsman Tovuz istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkib

16 İyul 2020 - 13:10

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasına baş çəkib.

Ombudsman erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularla görüşüb, onların vəziyyəti ilə tanış olub. (APA)