Ombudsmanın fəaliyyət dairəsi genişləndirilir –Media şikayət verə biləcək

İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyətinin əsasları genişləndirilir.

Bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ombudsmanın fəaliyyətinin əsasları sıraya dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir.

Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” qnunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək.

Layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.

Əvvəlki məqalə

Mövlam Şıxəliyevin orden və medalları əlindən alındı

Sonrakı məqalə

“Nüvə fəlakətini önləmək üçün bütün vasitələrdən istifadə edirik”