“Omicron” ştamı Azərbaycana da gələcək” –ÜST-ün nümayəndəsi Hande Harmancı

Azərbaycanda ən sonuncu koronavirusun “Delta” ştamı aşkarlanıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar ən çox bu ştamdan əziyyət çəkib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, “Omicron” ştamı hələ ki, Azərbaycanda aşkarlanmayıb, amma bu, həmin ştamın aşkarlanmayacağı mənasına da gəlmir: “Delta” ştamı bütün dünyada yayılmağa başlayanda məndən də bu barədə soruşuldu, onda təbii ki, Azərbaycanda da aşkarlanacağını deyirdim. Eynilə “Omicron” ştamı da gələcək. Çünki bunların hamısı dünyada yayılır və xəstəliyin olduğu hər yerdə də bu ştamları görəcəyik. Amma narahat olmağa ehtiyac yoxdur. Hazırda bildiyimiz bütün vaksinlər “Omicron” ştamına qarşı işə yarayır. Bildiyimiz kimi, əl gigiyenası, maska, sosial məsafə ilə də bundan qorunmaq olar. Vacib olan budur ki, buna ciddi şəkildə davam etmək lazımdır”.

“Azərbaycan hökuməti COVID-19-a qarşı mübarizəni çox sürətli şəkildə aparıb. 2020-ci ilin fevralında ilk dəfə koronavirus aşkarlandıqdan bir il sonra yanvardan ölkə üzrə vaksinləşmə başlayıb. İnfrastruktur, elektron baza qurulub, yeni xəstəxanalar yaradılıb, laboratoriya sayı artırılıb”.

Onun sözlərinə görə, bunların hamısını qısa vaxt ərzində etmək mümkün deyildi, amma bütün bu işlər pandemiya vaxtı quruldu: “Bundan əlavə, Azərbaycanda əhali bir çox Qərbi Avropa ölkəsindən tez və daha çox vaksin olunub. Eyni zamanda, ictimai məsuliyyət dediyimiz maska, əl gigiyenası, sosial məsafənin qorunması ilə bağlı qaydalara yaxşı şəkildə əməl edilib. Son 10-15 gündə ölkədə yoluxma sayı da təxminən eynidir. Amma bunun davam etməsi də çox vacibdir. Çünki hələ pandemiya bitməyib. Əslində normal həyata təxminən geri dönmüşük. Bircə sosial məsafəni qorumağımız və qapalı yerlərdə maska taxmağımız, əl gigiyenası və havalandırma vacibdir, bunlara davam etsək, normal həyata dönə bilərik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Beynəlxalq Məhkəmə Ermənistanın ümidlərini doğrultmadı” –

Sonrakı məqalə

“Xalqın ağlı və taleyi şəhərin ritmindən aydın görünür” –