OPEK üzvlərinin neftlə bağlı təcili görüşü təxirə salınıb

OPEK ölkələrinin 6 aprelə təyin edilmiş təcili görüşü təxirə salınıb.

Azpost.info bildirir ki, bu barədə Röyterə OPEK-də iki mənbədən məlumat verilib. “Görüş çox guman ki, ya aprelin 8-də, ya da 9-da olacaq”-deyə onlar bildiriblər.

Görüşün nə üçün təxirə salındığı bəlli olmayıb. Amma qeyd olunub ki, iştirakçı dövlətlər daha çox ölkələri məsələhət üçün cəlb etmək istəyirlər.

OPEK-in üzvlərinin görüşü videokonfrans formatında olacaq. Dövlətlər  yeni “Əməkdaşlıq haqqında Deklarasiyanı” müzakirə edəcəklər. Görüşün təşəbbüskarı Səudiyyə Ərəbistanıdır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın Baş nazirindən virusla bağlı xəbərdarlıq:

Sonrakı məqalə

İspaniyada koronavirus: