Ordumuz havada və quruda döyüş şəraitinə tam nəzarət edir –

MÜDAFİƏ NAZİRLİYİ
02 Noyabr 2020 - 18:34

“Son sutka ərzində Zəngilan istiqamətində əlverişli yüksəklikləri ələ keçirmək istəyən düşmən vaxtında aşkarlanıb və itki verərək geri çəkilib”.

Bu barədə bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. Eyvazov deyib ki, Cəbrayıl, Zəngilan və Qubadlının rayonların ümumilikdə daha 8 kəndi azad edilib: “Düşmənin 8 “Qrad”ı, 10 top, 3 sursat dolu yük maşını, 5 ədəd digər avtomobil texnikası və “Su-25” döyüş təyyarəsi məhv edilib. Ordumuz havada və quruda döyüş şəraitinə tam nəzarət edir”.