Ordumuz havada və quruda döyüş şəraitinə tam nəzarət edir –MÜDAFİƏ NAZİRLİYİ

“Son sutka ərzində Zəngilan istiqamətində əlverişli yüksəklikləri ələ keçirmək istəyən düşmən vaxtında aşkarlanıb və itki verərək geri çəkilib”.

Bu barədə bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. Eyvazov deyib ki, Cəbrayıl, Zəngilan və Qubadlının rayonların ümumilikdə daha 8 kəndi azad edilib: “Düşmənin 8 “Qrad”ı, 10 top, 3 sursat dolu yük maşını, 5 ədəd digər avtomobil texnikası və “Su-25” döyüş təyyarəsi məhv edilib. Ordumuz havada və quruda döyüş şəraitinə tam nəzarət edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ANAMA-nın əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb –

Sonrakı məqalə

“Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur” –