Ordumuzun artilleriya bölmələri döyüş təlimləri keçirib –VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə digər qoşun növlərilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilərək komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.
Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.
Bölmələr şərti düşmən hədəflərini sərrast atəş zərbələrilə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanın baş məsləhətçisi koronavirusdan vəfat edib

Sonrakı məqalə

Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb