“Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır”- Müdafiə Nazirliyi

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlik bildirib.

Əvvəlki məqalə

“Rusiya Kiyevin tam kapitulyasiyasını tələb edəcək”

Sonrakı məqalə

Kolleclərə qəbul olanlar üçün qeydiyyat prosesi başlayır