“Orta Asiyada baş verənlərin Azərbaycana təsiri olmayacaq” –ZƏRDÜŞT ƏLİZADƏ

Zərdüşt Əlizadə

Mərkəzi Asiyanın yeni qlobal münaqişə ocağına çevriləcəyi inandırıcı görünmür.

Bu sözləri politoloq Zərdüşt Əlizadə regionda müşahidə olunan gərginliyi Azpost.info-ya şərh edərkən bildirib.

Onun fikrincə, Tacikistanla Qırğızıstan arasında baş verən sərhəd münaqişəsi sadəcə Tacikistanın prezidenti İmoməli Rahmonun siyasi səriştəsizliyindən irəli gəlir: “Bundan başqa, görünən odur ki, Rusiya Azərbaycanla Ermənistanı qızışdırdığı kimi bu ölkələri də qızışdırır. Görünür, Tacikstandan, yaxuda Qırığıstandan nəsə umacaqları var. Əslində hər iki ölkənin silah-sursatı Rusiyadan gəlir. Bu olmasa, Tacikistan da, Qırğızıstan da özünü mədəni aparar”.

Politoloqun sözlərinə görə, Əfqanıstandakı Taliban hakimiyyəti də genişlənmək fikrində deyil: “Talibanın məqsədi Əfqanıstanı bölgədəki iqtisadi layihələrə qoşaraq divident götürməkdir. Görünür, hakimiyyətdə olmadıqları müddətdə dünyaya baxıb siyasətlərinə korrektə ediblər. Əlbəttə, onların mürtəce xüsusiyyətləri qalacaq, lakin iqtisadi və xarici siyasətdə daha rasional davranacaqlar”, – deyə Zərdüşt Əlizadə bildirib.

Politoloq Mərkəzi Asiyada baş verənlərin Azərbaycana təsir etməyəcəyi qənaətindədir: “Dediyim kimi, Mərkəzi Asiya qlobal münaqişə ocağına çevrilmir. Bu baxımdan orada baş verənlərin Azərbaycana hər hansı təsiri olmayacaq”, – deyə o əlavə edib.

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir