“Oskar” mükafatının qalibləri açıqlandı –SİYAHI

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatı mərasimi keçirilib.

95-ci mükafatlandırma mərasimi Los-Ancelesdəki “Dolby” Teatrında baş tutub.

 

Mükafat aşağıdakı qaydada təqdim edilib.

Ən yaxşı xarici dildə film: “Qərb cəbhəsində dəyişiklik yoxdur”

Ən yaxşı qısametrajlı sənədli film – “Fil pıçıltısı”

Ən Yaxşı Qısa Animasiya Filmi – Oğlan, Köstəbək, Tülkü və At.

Ən Yaxşı Orijinal Ssenari – “Qərb cəbhəsində dəyişiklik yoxdur”

Ən yaxşı vizual effektlər – “Avatar: Su yolu”

Ən yaxşı orijinal ssenari – “Hər şey hər yerdə və dərhal”

Ən yaxşı uyğunlaşdırılmış ssenari – “Qadın söhbətləri”

Ən yaxşı səs – “Top Gun: Maverick”

Ən yaxşı orijinal musiqi – Naatu Naatu (“RRR: The Revolution Roars Near”)

Ən yaxşı montaj – “Qərb cəbhəsində dəyişiklik yoxdur”

 

İlin ən yaxşı filmi “Everything everywhere all at once” (Hər şey hər yerdə və dərhal) seçilib.

Ən yaxşı rejissor – Dan Kvan, Daniel Şeynert – “Everything everywhere all at once” filminə görə;

Ən yaxşı aktyor – Brendan Freyzer – “The Whale” filminə görə;

Ən yaxşı aktrisa – Mişel Yeoh – “Everything everywhere all at once” filminə görə.

 

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

“Ən yaxşı qısametrajlı bədii film” mükafatını isə Tom Berkli və Ross Uaytın “İrlandcasın sağollaşma” filmi qazanıb.

Xatırladaq ki, “Oskar”ın təşkilatçıları xüsusi böhran qrupu yaradıblar.

Bu qərar keçən il mükafatlandırma mərasimində aktyor Uill Smitlə bağlı qalmaqaldan sonra verilib. (APA)

Əvvəlki məqalə

Bakıda sürücü sükan arxasında öldü, maşın 6 nəfəri yaraladı

Sonrakı məqalə

Malatyada dalbadal iki zəlzələ olub