Ötən il 8 min tələbə təhsil müəssisələrindən xaric edilib

2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb.

Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.