Ötən il Azərbaycanda illik inflyasiya neçə faiz olub?

Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin sonunda 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb.

Bu barədə Nazirlər Kabinetinin Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair Xüsusi Bülleteninə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8% olub. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3% olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə isə 3,7% təşkil edib. İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcəkdir(trend).

Əvvəlki məqalə

Azərbaycanda qiymət manipulyasiyası edənlərə qarşı tədbirlər görülüb

Sonrakı məqalə

NATO hərbçiləri artıq Ukraynadadır