Ötən il BP-nin mənfəəti 50 faiz azalıb

Ötən il BP-nin mənfəəti 50 faiz azalaraq 13,8 milyard dollar təşkil edib.

Şirkətin gəlirlərinə neft və qazın qiymətinin azalması və neft emalı zavodlarının marjalarının azalması təsir edib.

Bundan başqa, BP-nin ötən ilin dördüncü rübündə mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq 2,9 milyard dollar olub.

Şirkət bu ilin birinci yarısına 3,5 milyard dollarlıq səhm geri alacağını açıqlayıb(azərtac).

Əvvəlki məqalə

Rusiyada qadınlara ölmüş müharibə iştirakçısı ilə rəsmi nikaha girmək icazəsi veriləcək

Sonrakı məqalə

Azərbaycandan kənarda olan seçicilər də səsvermə hüququndan istifadə edə biləcək