Ötən il ölkədə1 milyondan çox ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Bununla da ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 66%-i genişzolaqlı internetlə əhatə olunub.

Qeyd edək ki, 2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 916 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Bu, əvvəlki 4 illə müqayisədə 8,4 dəfə çox deməkdir.

Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Belə ki, hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər gedir. Bu texnologiya üzərindən vətəndaşlar istər yalnız telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.

Qeyd edək ki, sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılı

Əvvəlki məqalə

Rəsmi Ankara İsrail XİN başçısının qondarma erməni soyqırımı iddialarına cavab verib

Sonrakı məqalə

İraqda Türkiyənin 9 hərbçisi şəhid olub