Ötən il Rusiya xarici vətəndaşlara 846 min viza verib- Müracitələr ən çox hansı ölkələrdəndir?

2023-cü ildə Rusiya xarici vətəndaşlara 846 min giriş vizası verib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi bildirib.

Bu, 512 min giriş vizasının verildiyi 2022-ci illə müqayisədə 334 min nəfər çoxdur.

“Dünyanın əksər ölkələrində transsərhəd nəqliyyat əlaqələrinə pandemiya məhdudiyyətlərinin aradan qaldırılması fonunda Rusiyaya daxil olmaq üçün viza tələbi tədricən bərpa olunur. 2023-cü ildə Rusiya səfirlik və konsulluqlarında 846 min viza verilib”, – məlumatda deyilir.

Müraciətlər daha çox Asiya ölkələrindən (45 faiz) daxil olub. Müraciətlərin daha 26 faizi Avropadan gəlib. Afrika, Yaxın Şərq ölkələri giriş vizası müraciətlərinin 16 faizini təşkil edib.

74 faiz hallarda turizm, şəxsi və ya işgüzar məqsədlərlə, həmçinin humanitar əməkdaşlıq çərçivəsində qısamüddətli səfərlər üçün müraciətlər edilib. Təhsil (14 faiz) və işə qəbul (9 faiz) üçün də vizalar lazım olub.

Azpost.info

Əvvəlki məqalə

Ombudsman Aparatı Naxçıvanda ilk dəfə seçki prosesini müşahidə edəcək

Sonrakı məqalə

Prezident BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib