Ötən gecə Bakıda iki nəfər bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qədirli küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Bağırov İskəndər Alik oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. O, aldığı xəsarətlərə görə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha bir bıçaqlanma Bakının Suraxanı rayonunda, Hövsan qəsəbəsində baş verib.

Məhəllə 14/15 ünvanında Müzəffərov Elman İslam oğlu yaşadığı evdə bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Əvvəlki məqalə

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Sonrakı məqalə

Sumqayıtda “BMW” 2 yaşlı uşağı vurub öldürdü