Ötən gün törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılıb –DİN

Daxili İşlər Nazirliyi (DİN) iyunun 8-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Əvvəlki məqalə

“Missiyam başa çatır, Azərbaycanda tarixi hadisələrə şahidlik etdim” –

Sonrakı məqalə

Ölkədə uşaq ədəbiyyatı üçün hansı yeni trendlər lazımdır?