İki ayda neftdən 1 milyard 324 milyon dollar gəlir gəlib –-Neft Fondu

Bu ilin yanvar-fevral aylarında (01.01.2022-01.01.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 324 mln. ABŞ dollar təşkil edib. Bu da illik müqayisədə 1,3% çoxdur.

ARDNF-dən  Azpost.info –ya verilən məlumata görə, 2022 ilin eyni dövründə sözügedən göstərici 1 307 mln. ABŞ dolları səviyyəsində olub.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Əvvəlki məqalə

Ramazan ayı nə vaxt başlayır?

Sonrakı məqalə

17 il həbs cəzası almış Səbuhi Səlimov məhkəmə zalında öldü