Özünüdərkə aparan yol
Hazırda təhsillə bağlı atılmalı olan ən böyük addım elə təhsilin özünə olan baxışın dəyişməsidir. Çağdaş Azərbaycan təhsili özünə başqa rakursdan, mahiyyətdən, başqa bir energetik müstəvidən baxışı təmin etdiyi halda nöqsanlardan xilas və inkişaf yolunu təmin edə biləcəkdir. Dünyanın müxtəlif ölkələrində, tarixin fərqli aşamalarında təhsil adlı mahiyyət bu situasiya ilə hər zaman üzləşib. Amma bu yolda ona yardım edən fədakarlar da tapılıb. Həmin fədakarlar özlərinin yaratdıqları-bəşəri dəyərlərlə milli kimliyin sintezində ərsəyə gətirdikləri konsepsiyalarla əlahəzrət təhsilin yüksəlişinə səbəb olmuşlar.
Tanınmış təhsil texnoloqu, insan mühəndisliyi uzmanı Şəmil Sadiqin Hədəf Konsepti məhz həmin konsepsiyalardan biridir. Burada heç bir mübaliğə yoxdur, sadəcə, arzuolunmaz bir reallıq da var ki, bütün tarixi əhəmiyyətli konsepsiyalar hər zaman öz layiqli dəyərini çox sonralar alıb. Lakin Hədəf Konseptinin nə yaxşı ki, bu aqibəti yaşamayacağını indidən tam əminliklə söyləyə bilərik. Çünki cəmi bir neçə il bundan əvvəl formalaşmasına baxmayaraq bu konsept təhsil fədaisi Şəmil Sadiq və onun zəhmətkeş komandasının sayəsində bir İşıq kimi irəliləyir. Balabilgələrin sayəsində intellekt və milli dəyər sərhədi kimi uzanır və enerji hüdudları daha da artır. Təhsilin mahiyyəti də bir energetik dəyər olaraq fərddən şəxsiyyət, şəxsiyyətlərdən isə bir DƏYƏR CƏMİYYƏTİ formalaşdırmaq deyilmi?! Şəmil Sadığın bu zaman özü də, ərsəyə gətirdiyi da Hədəf Konsepti də bir ideya olaraq həmin intellektual və dəyər sərhədləri boyu hərəkət etmədədir…
Dədə Qorqud qoxusunda tədris
Və bu intellektual dəyər sərhədi bilirsinizmi haradan başlayır? – Qədim qan yaddaşımızdan, Dədə Dorqudun qopuzundan, hikmətindən, ağ saçından saqqalından, dürlü sözlərindən… Qədim Oğuz yurdunun qətiyyət və xarakterindən, qədim Oğuzun Qaba ağacından… Oradan başlanır bu energetik sərhəd… “Hədəf-STEM” liseyində olsanız görəcəksiniz ki, Şəmil Sadiq əslində uzun illərdir ki, elə bu sərhəddə keşiş çəkir (elə lap Bəkil oğlu İmran kimi)… Görəcəksiniz ki, onun Hədəf Konsepti də əslində bu energetik sərhədin müdafiəsi və genişlənməsi üçün bir qala divarıdır… Gələcək “döyüşçülərin” – Balabilgələrin bir ömürlük müdafiə sığnağıdır… Hədəf Konsepti haqqında az sonra ətraflı bilgi verəcəyik, bu, öz yerində… Amma biz yenə də bu konseptin daxili qatında gizli qalan mahiyyətinə, gələcəyə necə böyük ustalıqla hesablanmış hədəfinə ( adı nahaq yerə Hədəf Konsepti deyil ki) toxunaq… Elə burda da mübaliğə etmədən bir paralellik aparmaq yerinə düşər: hər şeyin öz genetik yaddaşı var. Elə bacarıq və qabiliyyətlərin də… Məsələn, Şəmil Sadiqin gələcəyə ustalıqla hesabladığı və böyük hədəfə tuşladığı bu konsept sizcə, nəyə bənzəyir? Deyim – Oğuz elində hər kəsin yaxşı bacardığı sərrast ox atışına… Yayın ustalıqla dartılması, qartal nəzərli diqqətin ən vacib nöqtəyə kilidlənməsi, qolun harmonik vəziyyəti və ən nəhayətdə “12”-dən vurulan hədəf… Oğuz elində qara donlu kafirlərə qan udduran hər kəs bunu çox gözəl bacarırdı… Və dediyimiz kimi bacarığın da öz genetik yaddaşı var. O heç zaman ölmür, bir enerji olaraq yaşayır, layiqli olan şəxsin əlindəki “yay”ın tələbinə uyğun olaraq öz “ox”unu atır… Şəmil Sadiq də artıq bir neçə ildir ki, bu oxu zərgər dəqiqliyi ilə atıb və ox mənəvi, tarixi sərhədlər boyunca yorulmadan öz hədəfinə doğru hərəkət edir…
Hədəf Konseptinin balabilgələri də o oxun süzdüyü istiqamətdə də getmədədirlər – Yaddaşa doğru, müdrik genə doğru, Dədə Qorqud qoxusuna doğru…
Hədəf Konseptinin balabilgəsi bu gün ona görə mutludur ki, o öz YADDAŞının içində böyüyür… O gələcəyin innovativ inkişafına doğru az əvvəl dediyimiz Oxun genetik meyarları əsasında yaxınlaşır. Yaddaşındakı ox vıyıltısı ilə, Dədə Qorqud ovqatı ilə çağdaş dövrün bəşəri hədəflərinə doğru yol alır…
Zatən əsrlər boyu da belə olmayıbmı?! – Türkün oxunun vıyıltısından həm də mədrəsə qoxusu hiss olunmayıbmı?!
Hədəf Konsepti
Bayaqdan mahiyyəti ətrafında var-gəl etdiyimiz, intellektual və dəyər sərhədi boyunca gəzişdiyimiz Hədəf Konsepti barəsində qısaca da olsa bəzi bilgilərini diqqətinizə çatdıraq:
Hədəf Konsepti dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə adaptasiyasıdır.
Hədəf Liseyinin loqosu qədim türk simvolları əsasında hazırlanıb. Loqonun ümumi görünüşü “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən oğuzların nəsil genezisini və müdrikliyi simvolizə edən Qaba Ağacı ilə ifadə olunur ki, bu da ümumilikdə müdrik insan, Bilgə İnsan deməkdir.
Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. Hədəf Konseptində məqsəd bilikli, bacarıqlı, yaradıcı, sağlam, özünü dərk edən, milli dəyərlərinə bağlı BİLGƏ İNSAN yetişdirməkdir.
1. Özünüdərk – Hədəf Konseptinə görə özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır.
2. Sağlam – Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit inkişaf üçün vacib amildir. Biz təhsilimizdə “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq.
3. Bacarıqlı – Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda ətrafındakı insanlara keyfiyyətli həyat təmin edir. O, sərbəst öyrənmə, novatorluq, fikirlərini sərrast ifadə etmə bacarıqlarına malikdir.
4. Yaradıcı – Yaradıcı insan estetik, bədii, texniki və elmi bacarıqlarını müəyyən edib onu inkişaf etdirən, problemlərə yeni yanaşma ilə baxıb orijinal həllər tapan insandır.
5. Bilikli – Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik digər bacarıqları həyata keçirmək üçün əsas zəmindir. (Mənbə: Şəmil Sadiq, “İnsan mühəndisliyi”)
“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi” Hədəf Konsepti əsasında hazırlanmış setdir. Bu set məktəb və ailə həmrəyliyini ifadə edən, inkişaf etdirən yardımçı vəsaitdir. Bu set həm məktəb müəlliminin tövsiyəsi ilə, həm də valideynin müstəqil arzusu ilə istifadə etmək üçün nəzərdə tutulub. Hər bir ailə bu setdən istifadə edərək öz evini bir dəyər məktəbinə çevirə bilər. Tədris ilində 40 dəyər həftəsi var.
Bu məqsədlə Hədəf Liseyinin Elmi-Metodiki Şurasının qərarı ilə “Dəyərlər” kitabı və “Balabilgənin gündəliyi” nəşr edilmişdir. Dəyərlər kitabı 40 dəyəri özündə birləşdirir.
Hər bir dəyər üzrə aşağıdakılar verilir: (Nümunə “Nizam-intizam” həftəsinə uyğun olaraq verilir)
1)Dəyəri ifadə edən şəkil;
2)Nizam-intizam nədir?
3)Bizdə nizam-intizam;
4)Gül və düşün;
5)Hekayə;
6)Əylənək və cavab verək;
7)Nizam-intizam qaydalarına əməl edən şəxs nə qazanır?
8)Doğru-səhv;
9)Ailə layihəsi.
“Balabilgə gündəliyi”ndən danışmasaq olmaz. O “Dəyərlər” kitabı ilə paralel şəkildə istifadə edilir. Burada hər bir dəyərə uyğun balabilgə tərəfi ndən qeydlər aparılır, müəyyən tapşırıqlar yerinə yetirilir. Balabilgə gündəliyi heç kim tərəfindən yoxlanılmır. Bu vəsait balabilgənin özünüqiymətləndirmə vəsaitidir. Balabilgə gündəliyində hər bir həftə üzrə 4 səhifəlik yer ayrılıb.
İlk səhifə:
Burada balabilgə dəyər anlayışı ilə bağlı ilk təəssüratını, dəyəri necə qavradığını esse formasında yazır.
İkinci səhifə:
Bu və 3-cü səhifənin yarısında həftənin 6 günü üçün qaydalar, tapşırıqlar, qeydlər və s. təsvir edilir.
“Nizam-intizam” həftəsi üzrə ilk günə nəzər salaq: Hər gün üzrə balabilgə hava durumunu qeyd edir. Müəllif tərəfi ndən hər gün verilən tapşırığı yerinə yetirməyə çalışır. Bu gün üçün özəl tapşırıq bütün geyimlərin təmiz və səliqəli saxlanılmasıdır. Gün ərzində balabilgə öyrəndiklərini, ev tapşırıqlarını, xatırlamaq istədiyi məlumatları qeydlər bölməsində işləyir. Hər günə özəl bir suala cavab yazmaq üçün xüsusi yer qoyulub. Bu günə özəl sual ən sevdiyin fi lmin hansı olmasıdır. Hər bir gün üzrə balabilgə özünü qiymətləndirir. Gün ərzindəki fəaliyyətini, davranışını, bacarığını və s. 5 ballıq şkala üzrə dəyərləndirir.
Gün sonunda balabilgə əhvalını da qeyd edir. Hər bir həftə üzrə ayrılmış 3-cü səhifədə kitab və ya film tövsiyəsi verilir. Bu fi lmə baxmaq və ya kitabı oxumaq üçün əsasən bazar günü nəzərdə tutulmalıdır.
Göründüyü kimi, Hədəf Konseptinin şifrələri, əsas mahiyyəti üçlü setdə -“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi”ndə öz əksini tapıb. Bu set konsept üçün aysberq rolunu oynayır. Yəni, hələ mahiyyətin görünən tərəfidir. Amma aysberqin suyun altında qalan hissəsi təbii ki, daha böyükdür. Balabilgəni əslində asberqin su altında qalan hissəsi formalaşdırır. Konsept qiymətləndirmə prosesində də uğurlu, deyərdim ki, inqilabi bir yanaşmanın əsasını qoyur. Balabilgəni öz ilə gün sonunda, həftə qonunda üz-üzə gətirir. O, qiymətləndirmə də özgürdür. Əsl türk ruhu özgürlük içində məsud olduğu kimi o da burada məsuddur. Onu kimsə dəyərləndirmir, onun üçün əsas dəyər bu dəyərlər sisteminə nə qədər sadiqliyidir. Çünki o YADDAŞın içində böyüyür. Onun üçün tədris prosesi bundan kənara çıxa bilməz. O, öz sərhəddini aşmamalıdır. Onun üçün əsl qiymət bilgəsindən aldığı deyil, bilgəsinin ideyalarına nə dərəcədə düzgün riayət etməsindədir…
Təkcə “Balabilgə gündəliyi”nin konteksti özgür bilgəni yetişdirmək, onu fərqli düşüncə boyutuna atmaq üçün görün qədər yararlıdır? Uluqbəy mədrəsəsinin, Rəşidəddin rəsədxanasının, Bəhmənyar kitabxanasının, Biruni “laboratoriyası”nın yetişdirdiyi bilgələrin, oradakı təlimlərin mənəvi ruhu təkcə bu gündəlikdə görün necə sərrast dəqiqliklə hesablanıb. Şəmil Sadiqin oxçuluq qabiliyyətinə söhbətin bu yerində yenidən toxunmasaq, olmaz… Şəxsən, mənim üçün bu konsept həm də “oxçunun yoludur”…
Türkün “itirilmiş maarrif” ovqatının vardığı nöqtəni, o nöqtəyə qədərki halı ilə birləşdirməkdə olan bir yol…
Gələcəyin çağdaş innovativ tələblərinə doğru milli özünüdərk işığında ged ilən bir yol… Bu yolun adı şübhəsiz ki, gələcəkdə Şəmil Sadiq yolu adlanacaqdır…
“Şəmil hoca” YOLunuz açıq olsun, əziz Balabilgələr…
Elmin Nuri
Elm və təhsil məsələləri üzrə tədqiqatçı