Özbəkistan Prezidenti və xanımı Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Əvvəlki məqalə

Baş Prokurorluq Səbail bələdiyyəsinin sabiq sədrinə bəraət hökmünə etiraz edib

Sonrakı məqalə

Sabah hava necə olacaq?