Özbəkistan və Türkmənistanda qadınların hüquqları artırılır- Prezidentlər razılığa gəldi

Özbəkistan və Türkmənistan prezidentləri Şavkat Mirziyoyev və Sərdar Berdiməhəmmədov qadınların hüquq və imkanlarının artırılması ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

“Türkmənistan və Özbəkistan prezidentləri gender bərabərliyinin dəstəklənməsinə, cəmiyyətdə sülhün və harmoniyanın təmin edilməsində və davamlı inkişaf məqsədlərinə uyğun olaraq insan potensialının tam reallaşdırılmasında əsas rol oynayan qadınların hüquq və imkanlarının artırılmasına sadiq olduqlarını təsdiqlədilər”, – məlumatda bildirilir.

Qeyd edək ki, insan haqları təşkilatları hər iki ölkədə qadınların sosial və hüquqi statusu ilə bağlı problemlərin olduğunu bildirirlər. Türkmənistanda prezident Sərdar Berdiməhəmmədovun hakimiyyətə gəlişindən sonra  qadınlara qarşı yeni qadağalar dalğası başlayıb.

Mətbuatda yayılan xəbərlərə görə, türkmən qadınlarından cəlbediciliyini artırmaq üçün əlavə yollardan çəkinəcəkləri ilə bağlı yazılı vəd tələb etməyə başlayıblar. Türkmənistanın dövlət qurumlarının işçilərinə də cins şalvar və dar don geyinməmək, manikür və dodaq dolğusu  etdirməmək tapşırılıb.

Azpost.info

Əvvəlki məqalə

Yeltsini xilas edən, sovet pulları ilə milyon qazananlar –

Sonrakı məqalə

Bu gün Rusiyaya qarşı 7-ci sanksiyalar paketi qəbul edəcək