Özünü bədbəxt hiss etmək qocalığı sürətləndirir –ABŞ və Çin həkimlərinin araşdırması

Yalnızlıq və özünü bədbəxt hiss etmək erkən qocalmanı siqaretdən daha çox sürətləndirə bilər.

“Deep Longevity” beynəlxalq əməkdaşlığında iştirak edən amerikalı və çinli alimlər bu qənaətə gəliblər. Onların tədqiqatları “Aging-US” jurnalında dərc olunub.

Bu göstərici isə yaşayış sahəsinin, tibbi xidmətlərdən istifadə imkanının, ailə vəziyyətinin və siqaretin qocalmağa təsirini üstələyir.

Alimlərin bu qənaətə gəliblər ki, istənilən qocalma əleyhinə terapiya təkcə fiziki deyil, həm də psixi sağlamlığa yönəlməlidir.

Tədqiqatçılar 11 mindən artıq yetkin insanda tənhalıq, narahat yuxu və ya narazılıq hisslərinin qocalma sürətinə təsirini ölçüblər. Məlum olub ki, adıçəkilən psixoloji faktorlar bioloji yaşa 1,65 yaş əlavə edir. (Gazeta.ru)

Əvvəlki məqalə

Dünyanın ən uzun boylu qadını ilk dəfə təyyarəyə mindi –

Sonrakı məqalə

“Putin bir şeyi ağlına qoyubsa, onu edəcək”