Özünü icra hakimiyyətinin qarşısında yandırmış qazi xəstəxanadan evə buraxılıb-VİDEO

Avqustun 18-də Samux rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran Təbriz Abdullayevin vəziyyəti yaxşılaşaraq evə buraxılıb.

Bu barədə APA-ya Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 08.08.2022-ci il tarixində Samux rayon sakini, II Qarabağ müharibəsi qazisi 1989-cu il təvəllüdlü Abdullayev Təbriz Cəmil oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsinə daxil olmuşdu.

Daha sonra ixtisaslı yardım üçün Bakı şəhərinə təxliyyə edilmişdi. A.Təbriz 08.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olmuşdu.

Reanimasiya şöbəsində müalicəsi həkim nəzarəti altında davam etdirilirdi, vəziyyəti ağır olaraq qiymətləndirilirdi. Artıq o, müalicə olunaraq evə buraxılıb.

Təbriz Abdullayev Vətən Müharibəsi iştirakçısıdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.