Pəhriz çörəyi adı ilə istehlakçıya nə satılır? – Mütəxəssislər gizlinləri açıqlayır

Pəhriz çörəyi
Pəhriz çörəyi

L-sistein, tərkibində tük olan qatqılar və çörək alarkən bilmədiklərimiz.

Baku TV-nin “Aktual gündəm” verilişinin yeni buraxılışı çörək istehsalında istifadə edilən zərərli qatqılar və onların insan sağlamlığına təsiri mövzusuna həsr olunub. AzPost bildirir ki, verilişdə xüsusilə “pəhriz çörəyi” adı altında satışa çıxarılan məhsulların əslində sağlam qidalanma tələblərinə uyğun gəlmədiyi iddiaları diqqət çəkib.

Proqramın qonaqları – qida texnoloqu Vahid Həsənov, Tibb elmləri doktoru Məlahət Qəhrəmanova, auditor Şəlalə Zeynalova və dietoloq Leyla Zülfüqarlı müxtəlif araşdırmalara və müşahidələrə əsaslanaraq bildiriblər ki, bəzi çörək məhsullarının tərkibinə “L-sistein” adlı maddə əlavə olunur. Bu maddənin əsas mənbəyi isə heyvan mənşəli tüklər – insan, donuz və quş tükü ola bilər.

Ekspertlər qeyd ediblər ki, L-sistein xəmiri yumşaltmaq və çörəyin istehsal müddətini qısaltmaq üçün istifadə olunur. Bu isə həm texniki, həm də iqtisadi cəhətdən istehsalçılara sərf etsə də, etik və sağlamlıq baxımından ciddi suallar doğurur.

Bundan başqa, “pəhriz çörəyi” adı ilə satılan məhsulların əksəriyyətinin tərkibində ağ undan istifadə edildiyi, yalnız üst qatına bir qədər kəpək və ya toxum əlavə olunmaqla alıcıların aldadıldığı vurğulanıb.

Mütəxəssislər istehlakçıları çörək alarkən etiketlərə diqqətlə baxmağa, tanımadıqları qatqılardan uzaq durmağa çağırıb. Onların fikrincə, keyfiyyətli və həqiqi pəhriz çörəyi yalnız tam buğda unundan və kimyəvi qatqılarsız hazırlanmalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.