Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Moskvaya səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə TASS-a Pakistanın Moskvadakı səfirliyindən məlumat verilib.
Səfər zamanı Rusiya Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matvienko ilə danışıqlar gözlənilir.
Sərdar Ayaz Rusiyaya Duma sədrinin dəvəti ilə gəlir və onu bu səfərdə Pakistan Milli Assambleyasının altı deputatı müşayiət edəcək.
Səfər noyabrın 27-dən 29-dək davam edəcək.
Azpost.info