Pambıq mahlıcı, qızıl, xurma –Azərbaycan xaricə neftdən başqa daha nə ixrac edir?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac icmalı yayıb.

Hesabatda 2021-ci ilin birinci rübünün qeyri-neft sektoru üzrə ixracı 501,5 milyon ABŞ dolları dəyərində göstərilir: “Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2020-cu ilin ilk rübü ilə müqayisədə 70,6 milyon dollar və ya 16,4 faiz artıb. Birinci rübdə ixrac edilən malların siyahısında pambıq mahlıcı birinci olub. Qızıl ikinci, xurma üçüncü yerdə qərarlaşıb.

Üç ayda Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon, ABŞ-a 18,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Bu ilki körpələrə ən çox Əli adı qoyulub –