Parlament seçkilərinə sentyabrın 22–dək yekun vurulacaq

Növbədənkənar parlament seçkilərinin nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin nə zaman başa çatacağı məlum olub.

Bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.
Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq
olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Əvvəlki məqalə

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata 9 avqustda başlanacaq

Sonrakı məqalə

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib