“Parlamentdə 30-40 nəfər dəyişiklik olur” –Siyavuş Novruzov YAP-ın siyahısından danışdı

“Bütün dünyada, elə bizdə də belədir, parlamentdə 30-40 nəfər dəyişiklik olur”.

Azpost.info bildirir ki, bu sözləri deputat, YAP Seçki Qərargahının səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bildirib.

O deyib ki, YAP namizədlər siyahı üzərində işlənir. “Yaxın vaxtlarda keçiriləcək növbəti toplantımızda artıq YAP-ın namizədlərinin irəli sürülməsi ilə bağlı qərar qəbul ediləcək”.

S.Novruzov bildirib ki, deputatlığa namizəd olaraq adı YAP siyahısında olacaq: “Əksinə, Seçki Qərargahında üzvlük daha da stimul verdi. Bu, tamam başqa məsələdir. Hətta mən burada digər namizədlərin məsələləri ilə məşğulam”.

Deputat vurğulayıb ki, namizədliyini irəli sürə bilməyəcəyi haqda xəbər kökündən yanlışdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır: “Biz Seçki Qərargahında təmsil olunuruq. Bu, YAP rəhbərliyi tərəfindən çox yüksək etimaddır ki, bu prosesdə iştirak etmək bizə həvalə olunub. Qərargahın rəhbəri və üzvləri var, biz də bu prosesdə iştirak edirik”.

Əvvəlki məqalə

Vətəndaş həkimdən elektron resept tələb edə bilər

Sonrakı məqalə

Əhməd məhkəmədə İfadə verməkdən imtina edib