Milli Məclisdə boş qalmış deputat yerlərinə seçkilərin keçiriləcəyi ilə bağlı məlumatlar səslənir.
Azərbaycan Demokrat Partiyası (ADP) isə təkrar seçkilərə qatılmaq niyyətində deyil. Partiya sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, bu məsələni tərədarları ilə müzakirə edib və bu qənaətə gəlib ki, seçkilərə qatılmamaq daha məqsədəuyğundur. “Partiyada seçkilərə qatılmaq meyli yoxdur. Açığı özüm də seçki ilə bağlı qanunsuzluqlardan yorulmuşam. Ona görə də seçkilərə qatılmaq niyyətim yoxdur”, – deyə ADP sədri qeyd edib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) təkrar seçkilərdən kənarda qalacaq. Partiya sədrinin müavini Xəzər Teyyublu bildirib ki, təkrar seçkilər 2020-ci ildə keçirilən seçkilərin davamı olacaq. “Biz 2020-ci ildə keçirilən seçkilərə də qatımamışdıq. Təkrar seçkilər də həmin prosesin davamıdır. Ona görə də seçkilərə qatılmayacağıq və bu məsələ partiyada müzakirə mövzusu deyil”, – deyə KXCP yetkilisi əlavə edib.
Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:
Azpost.info