Ermənistan Baş naziri Nikol Paşinyan 3+3 regional formatına qoşulma qərarını düzgün hesab edir.
Azpost.info xəbər verir ki, o, bunu bu gün hökumət saatında bildirib.
Paşinyan Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü deyib.
“Biz regional məsələlərə həm ümumi kontekstdə, həm də ayrı-ayrılıqda baxırıq. “3+3” formatında iştirakla bağlı qərar qəbul ediləndə bizim ünvanımıza ciddi tənqidlər səslənirdi, amma indi əminliklə deyə bilərəm ki, bu platformada müzakirələrdə iştirak etmək düzgün qərar idi”, – Paşinyan qeyd edib.
Onun fikrincə, bu qərar Ermənistanın xarici siyasətində regional komponentin əhəmiyyətini vurğulayır.
3+3 platformasının iştirakçıları Ermənistan, İran, Rusiya, Türkiyə və Azərbaycandır. Əvvəlcə Gürcüstanın da iştirak etməsi nəzərdə tutulurdu, lakin Tbilsi qoşulmaqdan imtina edib.
Azpost.info