Paşinyan ABŞ dövlət katibinin köməkçisi ilə sülh danışıqlarını müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayanla görüşüb.

Azpost.info xəbər verir ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini, Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesini də müzakirə ediblər.

Paşinyan onu da bildirib ki, hökumət Qarabağı tərk edən ermənilər üçün mənzil proqramını təsdiqləyib və onun həyata keçirilməsində beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Baş nazir ABŞ-ın Ermənistanda həyata keçirilən demokratik islahatlara ardıcıl dəstəyinin vacibliyini qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.