Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət edəcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan bu prosesi “yaxın gələcəkdə” başlatmaq niyyətindədir. Məlumatı NEWS.am yayıb.
Paşinyan deyi ki, Ötən il parlamentin Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanılması haqqında qanun qəbul etməsi bu prosesə yeni təkan verib.
2026-cı ilin mayında İrəvanda 8-ci Avropa Siyasi Birliyi sammiti, daha sonra isə Ermənistan–Avropa İttifaqı arasında ilk sammit keçirilib.
Paşinyan bildirib ki, hazırda Ermənistan Avropa İttifaqının viza rejiminin liberallaşdırılması ilə bağlı fəal danışıqlar apardığı yeganə ölkədir: “Biz 2029-cu il ərzində Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasına nail olmaq niyyətindəyik”.
Paşinyanın sözlərinə görə, Aİ ilə münasibətlərin yaxınlaşması Rusiyada müəyyən narahatlıqlara səbəb olub.
“Mənim fikrimcə, Avropa İttifaqı ilə münasibətlərimizin inkişafı buna müəyyən əsas verib, lakin bu, dərin səbəb deyil. Rusiyada yaranan narahatlığın fundamental səbəbi Ermənistan-Rusiya münasibətlərində başlayan transformasiyadır. Üstəlik, bu transformasiya kiminsə şəxsi istəyi deyil, ümumilikdə təbii prosesdir”, – deyə Paşinyan bildirib.
İyunda Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası parlament seçkilərində qalib gəlib. Bir çox ekspert bu seçkiləri Ermənistanın xarici siyasət kursu baxımından həlledici hesab edirdi.
May ayında İrəvanda Ermənistan və Avropa İttifaqı arasında tarixdə ilk sammit keçirilib. Tərəflər təhlükəsizlik və müdafiə, energetika, nəqliyyat və rəqəmsal texnologiyalar kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Ermənistanın Aİ ilə yaxınlaşması fonunda Rusiya Prezidenti Vladimir Putin isə İrəvana “Ukrayna ssenarisi” barədə xəbərdarlıq edib.