Paşinyan Ermənistanın KTMT-dən çıxmasından danışıb

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirak etməməsinə baxmayaraq, ölkə onu tərk etmək fikrində deyil”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan KTMT tədbirlərində iştirak etməməklə təşkilatdan çıxmaq üçün zəmin hazırlamır”, – o bildirib.

Baş nazir qeyd edib ki, KTMT Ermənistanda öz məsuliyyət dairəsini düzəltmək istəmir.

Paşinyan onu da bildirib ki, strateji mənada Ermənistan siyasəti dəyişməyi planlaşdırmır. Onun sözlərinə görə,  İrəvan hazırda silah tədarükü üçün tərəfdaşlar axtarmaqla məşğuldur.

Azpost.info

 

Əvvəlki məqalə

Vətəndaşları döyüb videoya çəkən azərbaycanlı bloqer Rusiyaya təhvil verilib

Sonrakı məqalə

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verib