Ermənistanın baş naziri Nikol Paşinyan dünən gecə parlament binası qarşısında baş verən toqquşmalar zamanı polisin hərəkətlərini proporsional adlandırıb və müxalifəti ölkənin qanunverici orqanına hücum cəhdində günahlandırıb.
Paşinyan bu fikirləri parlamentdə çıxışı zamanı səsləndirib.
“Polisin reaksiyası qanuni və peşəkar idi, bütün belə hallarda polis eyni cür hərəkət edəcək. Etirazçılar polis kartonunu güclə yararaq parlamentə hücum etməyə cəhd göstərib. Polis Ermənistanın qanunverici orqanını, Ermənistan dövlətçiliyini müdafiə edib”, – deyə o bildirib.
Xatırladaq ki, çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası önündə baş verən toqquşmalarda 100-dən çox insan yaralanıb. Polis baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarına qarşı səs qumbaralarından istifadə edib.