Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla davam etmiş münaqişədə iştirak etdiyinə görə erməni xalqından açıq şəkildə üzr istəyib.
Paşinyan Facebook paylaşımında ərazi işğalına yönəlmiş əvvəlki siyasət ilə “real Ermənistan” baxışı arasında fərqi ortaya qoyub.
“Ölkəmizdə müzakirə olunun konseptual dilemma belədir: Ermənistan nə üçün lazımdır? “Tarixi Ermənistan” üçün, yoxsa beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanınan Real Ermənistanda vətəndaşlarının rifahını təmin etmək üçün? Xalıqımız artıq çoxdan Real Ermənistanın xeyrinə öz seçimini edib“-deyə Paşinyan bildirib.
Paşinyan deyib ki, “Real Ermənistan” 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra başlayıb.
O vurğulayıb ki, ölkənin gələcəyi “Tarixi Ermənistan” idealına can atmaqdan ibarət olmamalıdır. Baş nazir etiraf edib ki, keçmiş liderlər əhalini münaqişənin “tarixi tsikli”nə sürükləyibləri və o bunun davam etdirilməsindəki roluna görə məsuliyyət daşıyıb. “Müxtəlif dövrlərdə hökmranlıq edən bizlər xalqı dinləmədik, mahiyyətcə xalqımızı “tarixi tsikl”də yaşamağa məcbur etdik. Məhz bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən öz tərəfimdən üzr istəyirəm”.
Azpost.info