Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yolu nəqliyyatının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun işini yüksək dəyərləndirirəm.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuku qəbul edən zaman deyib.
Görüşdə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya XİN başçısının müavini Andrey Rudenko da iştirak edib.
Paşinyan veriləcək konkret qərarların regiondakı situasiyanı yalnız iqtisadi deyil, həmçinin siyasi və təhlükəsizlik baxımından da dəyişəcəyini əlavə edib.