“Paşinyanın KTMT və Lukaşenko ilə bağlı bəyanatları ABŞ-ın xoşuna gəlmək üçündür”- Rusiyalı senator

“Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-ı razı salmaq üçün hər şeyə hazırdır. Ona görə də o, KTMT-dən çıxacağını elan edir, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkodan üzr istəməsini tələb edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Ayrat Gibatdinov deyib.

Senator qeyd edib ki, Vaşinqtonun əsas məqsədi Rusiyanın nüfuzunu azaltmaqdır: “O, ABŞ-ın xoşuna gəlmək üçün hər şeyi etməyə hazırdır və onların əsas məqsədi Rusiyanın nüfuzunu azaltmaqdır. Buna görə də Paşinyan mütəmadi olaraq KTMT-dən istefa verdiyini bəyan edir və öz xalqı qarşısında öhdəliklərini pozur”.

Gibatdinovun sözlərinə görə, Rusiya və Belarus güclü müttəfiq ölkələrdir. Paşinyan da çox gözəl anlayır ki, ondan fərqli olaraq Lukaşenko heç vaxt Belarusun maraqlarına xəyanət etməyəcək.

Gibatdinov hesab edir ki, Ermənistanın Baş naziri öz ölkəsinin suverenliyinə təhlükə yaradır: “Paşinyan Ermənistanın suverenliyini təhdid edir. Əslində, o, özünün yaratdığı vəziyyətin girovuna çevrilib”.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT ilə münasibətlərdə növbəti məntiqi addım təşkilatdan çıxmaq olacaq. Ermənistan liderinin sözlərinə görə, həllini gözləyən yeganə məsələ bunun nə vaxt baş verəcəyidir. O əlavə edib ki, Lukaşenko üzr istəsə və ya Minsk təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Bakı aeroportunda sərnişin dövriyyəsi 36 faiz artıb

Sonrakı məqalə

Paşinyan müxalifəti parlamentə hücumda ittiham edib