Pentaqon rəhbəri:

"ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"
08 Yanvar 2020 - 00:42

Birləşmiş Ştatlar general Qasım Süleymaninin öldürülməsindən sonra İranla münaqişənin diplomatik həllini axtarır.

“RİA Novosti”nın xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

“Biz diplomatik həll yolu axtarırıq, amma əvvəlcə İran de-eskalasiyaya getməlidir”, – Esper belə deyib. Pentaqon rəhbəri Vaşinqtonun İranla müharibə istəmədiyini bir daha təkrarlayıb.