Peru Venesuela diplomatlarını ölkədən qovub

Perunun Xarici İşlər Nazirliyi Venesuela diplomatlarına 72 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib.

Bu barədə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd edək ki, Venesuelanın Xarici İşlər Nazirliyi Nikolas Maduronun yenidən prezident seçilməsini tanımadıqları üçün Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidə olan diplomatlarını geri çağırmış, bu ölkələrin də diplomatlarını ölkədən qovmuşdu.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.