Rusiya prezidenti Vladimir Putin İlon Maskla 2022-ci ilə qədər baş tutan yeganə söhbətindən sonra heç bir əlaqə saxlamayıb.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, “The Wall Street Journal”ın bu məlumatını ABŞ-dakı seçki mübarizəsi ilə əlaqələndirib.
“Qəzetdə dərc olunan tamamilə yalan məlumatdır. Putinin Maskla cəmi bir dəfə təması olub, o da 2022-ci ildən əvvəl idi, telefonla danışdılar. Onda Putin və Mask arasında söhbət daha çox tanışlıq xarakteri daşıyırdı. Yeni örən texnologiyalardan, gələcək üçün texnoloji həllərdən danışmışdılar. Bundan sonra Maskın Putinlə əlaqəsi olmayıb və bununla bağlı bütün bəyanatlar yalandır”, – Kreml rəsmisi deyib.
Azpost.info