İsrail Ordusu İranın raket hucumu ilə bağlı bəyanat verib.
Azpost.info bildirir ki, rəsmi bəyatanda hucumun nəticələrinə qiymət verilib.
“İran birbaşa öz ərazisindən İsrail dövlətinə qarşı 180-dən çox ballistik raketdən istifadə edərək genişmiqyaslı hücuma keçib. Az sayda zərbələr İsrailin mərkəzində, digərləri isə İsrailin cənubuna endilirib. Atılan raketlərin əksəriyyəti İsrail və ABŞ-ın rəhbərlik etdiyi müdafiə koalisiyası tərəfindən vurulub”.
Bəyanatda deyilir ki, İranın hücumu ciddi və təhlükəli eskalasiyadır. Nəticələri olacaq: “Müdafiə və hücum imkanlarımız ən yüksək hazırlıq səviyyəsindədir. Əməliyyat planlarımız hazırdır. Biz İsrail hökumətinin göstərişinə uyğun olaraq harada, nə vaxt və istədiyimiz kimi cavab verəcəyik.
İran və onun müttəfiqləri İsraili məhv etməyə çalışırlar. İsrail Müdafiə Qüvvələri İsrail Dövlətini və İsrail xalqını müdafiə etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək”.