Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

Martın 31-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı konstruktiv şəkildə ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri nəzərdən keçirilib.

Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.

Əvvəlki məqalə

Kibertəhlükəsizlik Mərkəzində İsrail təcrübəsinə malik ən yaxşı mütəxəssislər hazırlanacaq

Sonrakı məqalə

“Onu azad edin!”